Rusiyada sakinlər PUA səbəbindən təxliyə edilib


  • 25 İyul 17:00

Rusiyanın Slavyansk-na-Kubani şəhərində partlamamış pilotsuz uçan aparatı səbəbindən sakinlər təxliyə edilib.

E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Slavyanski rayonunun rəhbəri Roman Sinyaqovski məlumat verib.

O bildirib ki, pilotsuz uçan aparatı aşkarlanmasından sonra Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının mütəxəssisləri hadisə yerinə gedib.

Zərərsizləşdirmə və daşınma işlərinin aparılması üçün bitişik küçələr müvəqqəti bağlanıb, yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.

Humay Eminqızı

Oxşar xəbərlər