- 20:15
Avropa Komissiyası (AK) maliyyələşmədən onun siyasəti ilə razılaşmayan ölkələrə, o cümlədən Macarıstana qarşı təzyiq aləti kimi istifadə edir.
E-huquq.az xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
"Avropa Komissiyası çirkli oyun oynayır - onlar adətən ödənişlərə şərtlər əlavə edirlər ki, bu da onlara siyasi cəhətdən xoşlamadıqları ölkələrə və ya hökumətlərə qarşı maliyyə sanksiyaları tətbiq etmək imkanı verir. İndi Macarıstanla belə olur", - diplomat bildirib.
Siyartonun sözlərinə görə, Macarıstan milli maraqlara əsaslanan vətənpərvər, mühafizəkar siyasət yürütdüyünə görə maliyyə sanksiyalarına məruz qalır.
"Brüsselin təzyiq 2010-cu ildə hakimiyyətə gəldiyimiz andan başladı. O zaman aydın oldu: biz liberal meynstrimin bir hissəsi deyilik", - nazir bəyan edib.
O, həmçinin qeyd edib ki, Macarıstan hakimiyyəti AK-nın maraqlarına deyil, öz ölkəsinin və vətəndaşlarının maraqlarına uyğun hərəkət edir.