- 26 İyul 20:15
Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus Sity Holl”da terror aktı törədənlərə silahları Dağıstandan göndərilib.
E-huquq.az xəbər verir ki, silahlar Şimali Qafqazdan xüsusi avtomobillə terrorçulara çatdırılıb.
2021-ci il martın 21-də terrorçularından biri Moskva Dairəvi yolunun 15 km-də 3 ədəd Kalaşnikov avtomatı, 1 ədəd Makarov tapançası və azı 1381 ədəd patronu götürüb. Hücumçu silah və sursatları özünün “Renault” markalı avtomobilinə yükləyib və onları kirayə götürdüyü mənzilə aparıb.
İyunun 29-da məlum olub ki, "Crocus City Hall"da terror aktını törədənlər dindirilmə zamanı təşkilatçının Ukrayna olduğunu etiraf ediblər .
Konsert zalına hücum 2024-cü il martın 22-də axşam baş verib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala daxil olaraq tamaşaçılara atəş açıblar. Hücum nəticəsində 149 nəfər ölüb, 1 nəfər itkin düşüb, 609 vətəndaş yaralanıb. Hücum nəticəsində dəyən ziyan təxminən 6 milyard rubl təşkil edib.