- 20:15
İranda Ceyş əl-Ədl adlı silahlı qruplaşma ölkənin cənub-şərqində yerləşən Sistan-Bəluçistan vilayətindəki məhkəmə binasına hücum edib.
E-huquq.az xəbər verir ki, bununla bağlı İran KİV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 8 nəfər ölüb, 13 nəfər isə yaralanıb.
Qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürüb və bununla bağlı bəyanat yayıb.