Məzmuna keç

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma hazırlaşır

Rusiya Ukraynaya qarşı daha genişmiqyaslı zərbələr hazırlayır. Bunu Rusiya Federasiyasında raket və hücum pilotsuz təyyarələrinin istehsalının artması sübut edir.

E-huquq.az xəbər verir ki, bu barədə Müharibə Tədqiqat İnstitutunun (ISW) yaydığı hesabatda bildirilir.

Analitiklər rusların Ukrayna şəhərlərinə son hücumlarını təhlil ediblər.

İnstitutun hesabatında bildirilir: “Rusiyada raket və dron istehsalı artır. Kreml 2025-ci ilin noyabrına qədər bir gecədə 2000-ə qədər drondan istifadə etməklə Ukraynanı vura biləcək.

Rusiyanın ballistik raket təhdidlərinə effektiv şəkildə müqavimət göstərə bilən ABŞ istehsalı “Patriot” hava hücumundan müdafiə sistemləri vasitəsilə Qərbin yardımının kritik əhəmiyyəti olacaq”.