Türkiyədə yanğınlara əlaqədar 21 nəfər həbs olundu


  • 11:10

Türkiyədə baş verən yanğınlarla əlaqədar 21 nəfər həbs olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

Onun sözlərinə görə, 26 iyundan indiyə qədər 33 bölgədə məhkəmə istintaqının predmeti olan yanğınlar olub: "97 şübhəli şəxs saxlanılıb. Onlardan 21 nəfəri həbs olunub. 47 nəfər barəsində məhkəmə nəzarəti qərarı verilib. Ehtiyatsızlıqdan, səhlənkarlıqdan, qəsdən və ya digər səbəblərdən yanğınların baş verməsinə səbəb olan şəxslər barəsində cinayət işi başlanılır.

Hazırda Bursa və Karabük də daxil olmaqla 5 fərqli bölgədə yanğınlar davam edir. Yay mövsümü başlayandan bəri meşə yanğınları ölkə üçün əhəmiyyətli problem yaradıb”.

Oxşar xəbərlər