- 13:31
Amerikanın Travers Siti (Miçiqan) şəhərində supermarketə naməlum şəxsin bıçaqla hücumu nəticəsində ən azı 11 nəfər xəstəxanaya yerləşdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb .
Yerli hüquq-mühafizə orqanlarından şübhəlinin saxlanıldığını bildirilib: "Şübhəli şəxs həbsdədir, hadisənin təfərrüatları ilə bağlı məlumat hazırda məhduddur".
Polis hadisə ilə bağlı araşdırma aparır. Hücum edənin motivləri və xəsarət alanların səhhəti barədə hələlik məlumat verilmir.