- 13:31
İsrail bazar günü Qəzza zolağının əl-Məvasi, Deyr əl-Bələh və Qəzza şəhəri ərazilərində humanitar məqsədlərlə yerli vaxtla saat 10:00-dan 20:00-a qədər taktiki fasilələrə başladığını elan edib. Lakin bu fasilələrə baxmayaraq, bazar gününün səhər saatlarından etibarən İsrail qüvvələrinin Qəzzaya endirdiyi hücumlar nəticəsində azı 53 fələstinli həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.
Məlumata görə, İsrailin Qəzzada apardığı əməliyyatlar nəticəsində indiyədək 59,733 nəfər həlak olub, 144,477 nəfər yaralanıb.