Almaniyada sərnişin qatarı qəzaya uğrayıb, üç nəfər ölüb


  • 00:41

Almaniyanın cənub-qərbində yerləşən Baden-Vürtemberq federal torpağında, Ridlingen yaxınlığında sərnişin qatarının relsdən çıxması nəticəsində azı üç nəfər həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə DPA agentliyi yerli polisə istinadən məlumat yayıb.

“Hazırda üç nəfərin öldüyü təsdiqlənib. Onlarla sərnişin yaralanıb, bəzilərinin vəziyyəti ağırdır. Vaqonlardakı bütün sərnişinlər təxliyə edilib, lakin hazırda vaqonlar qaldırılır ki, altlarında qalanların olub-olmadığı müəyyənləşsin”, – Baden-Vürtemberqin daxili işlər naziri Tomas Ştrobil “Bild” qəzetinə açıqlamasında bildirib.

Almaniyanın kansleri Fridrix Merts hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Oxşar xəbərlər