Pandemiya beyin qocalmasını sürətləndirib


  • 28 İyul 11:42

İngiltərədə aparılan bir araşdırmaya görə, insanların beyni pandemiya dövründə əvvəlki ilə müqayisədə orta hesabla 5,5 ay daha sürətlə qocalıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Nottingem Universitetinin alimləri bu barədə araşdırma aparıb. Maraqlıdır ki, bu artım virusa yoluxmayan şəxslərdə də müşahidə olunub. Mütəxəssislər dəyişikliklərin bərpa oluna biləcəyini deyirlər.

Pandemiyadan əvvəl skan edilmiş iki qrup insanın beyin yaşları pandemiya zamanı skan edilənlərlə müqayisə edilib.

Tədqiqata görə, pandemiya zamanı insan beyninin qocalma sürəti orta hesabla 5,5 ay irəliləyib.

Tədqiqata rəhbərlik edən nevroloq Ali-Reza Mohammadi-Nejad deyib kİ, hətta virusa yoluxmayanlarda belə əhəmiyyətli bir artım görülüb.

Alimin fikrincə, izolyasiya və qeyri-müəyyənlik kimi amillər beyin sağlamlığına təsir edib.

Sürətli qocalmanın əlamətləri yaşlı insanlarda və sosial və iqtisadi cəhətdən əlverişsiz qruplarda daha çox nəzərə çarpıb.

Bu araşdırma onu sübut edir ki, sosial təcrid və yoxsulluq beyin strukturuna təsir edə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər