84 qanunsuz miqrant üzərək Mərakeşdən İspaniyaya keçib


  • 28 İyul 11:57

84 qanunsuz miqrant üzərək Mərakeşdən İspaniyaya keçib.

E-huquq.az xəbər verir ki, bu barədə İspaniyanın ictimai yayım qurumu RTVE məlumat yayıb.

Məlumata görə, İspaniyanın Şimali Afrika ərazisi olan Seutaya doğru üzməyə cəhd edən miqrantların görüntüləri sosial şəbəkələrdə yayılıb və dünya ictimaiyyətinin diqqətini çəkib. Miqrantların əksəriyyəti Avropa İttifaqı ərazisinə daxil olmağa nail olub.

Yayılan kadrlarda 54 uşaq və 30 orta yaşlı şəxsin dənizi üzüb keçərək Seutaya çatdığı əks olunub. Mülki Qvardiya əməkdaşları bir neçə miqrantı qayıqla xilas edib, lakin onların əksəriyyəti şəhərə üzərək daxil olub.

Miqrantlar hazırda müvəqqəti məskunlaşma mərkəzlərinə yerləşdiriliblər.

Qeyd edək ki, ötən ilin avqustunda da yüzlərlə miqrant Seutaya üzməyə cəhd göstərmişdi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər