- 22:10
Türkiyənin İstanbul şəhərində yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Beyoğlu səmtində mikroavtobusun sürücüsü idarəetməni itirərək yolun kənarında dayanan avtobusa çırpılıb.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Hadisə yerinə polis, tibb işçiləri və yanğınsöndürənlər göndərilib.
Yanğınsöndürənlər sürücü və sərnişinləri mikroavtobusdan çıxarıblar.
Xəsarət alan 5 nəfər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Şəbnəm Mehdizadə