Bursada meşə yanğını zonasına su aparan tankerin aşması nəticəsində 3 nəfər ölüb


  • 28 İyul 12:25

Türkiyənnin Bursa şəhərində dəhşətli hadisə baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bursanın Gürsu və Kestel rayonları arasındakı meşə yanğını zonasına su daşıyan tankeri xəndəyə aşıb.

Hadisə yerinə gələn tibb qrupları tanker sürücüsünün öldüyünü müəyyən ediblər.

Qəza nəticəsində ağır xəsarət 2 nəfər xilas edilərək xəstəxanaya çatdırılıb.

Bütün müdaxilələrə baxmayaraq yaralıları xilas etmək mümkün olmayıb.

Bursa valiliyi qəzada həyatını itirən 3 vətəndaşın ailələrinə və yaxınlarına başsağlığı verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər