“2025 OW” adlı nəhəng asteroid bu gün Yerə yaxınlaşacaq


  • 28 İyul 13:21

“2025 OW” adlı nəhəng asteroid bu gün Yer kürəsinə ən yaxın məsafədən keçəcək.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Aerokosmik Agentliyi NASA məlumat yayıb.

Asteroidin Yerə 632.000 kilometr məsafədən keçəcəyi bildirilib.

Elm adamlarının hesablamalarına görə, asteroidin saatda 75.000 kilometr sürətlə hərəkət edir və hər hansı toqquşma riski yaratmır. NASA-nın məlumatına əsasən, bu səviyyədə yaxınlaşmalar nadir hallarda baş verir, lakin təhlükəli hesab edilmir.

Xatırladaq ki, bu cür göy cisimləri hər nə qədər Yerə yaxın keçsə də, onların trayektoriyası və sürəti dəqiq izlənilərək hər hansı təhlükənin qarşısı əvvəlcədən alınır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər