Banqkok bazarına silahlı hücum zamanı 6 nəfər ölüb


  • 28 İyul 13:38

Tailandın paytaxtı Banqkokda bazarda baş verən atışma nəticəsində 6 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün səhər saatlarında kənd təsərrüfatı məhsulları və yerli ərzaqların satıldığı Or To Ko bazarına silahlı hücum olub.

Polis rəisinin müavini Charin Gopatta hücumçunun daha sonra intihar etdiyini açıqlayıb.

Ölənlər arasında dörd təhlükəsizlik işçisi və bir qadın var.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Hücumun motivi və təcavüzkarın kimliyi hələlik ictimaiyyətə açıqlanmayıb.

Həmçinin xəsarət alanlar barədə məlumat verilmir.

Bazarda təhlükəsizlik tədbirləri gücləndirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər