Tailand və Kamboca atəşkəslə bağlı razılığa gəldi


  • 28 İyul 16:05

Tailand və Kamboca atəşkəslə bağlı razılığa gəlib.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim məlumat verib.

Tailand və Kamboca arasında atəşkəsin iyulun 29-u yerli vaxtla saat 00:00-da qüvvəyə minəcəyi bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Tailandla Kamboca qoşunları arasında sərhədin mübahisəli hissəsində toqquşma baş vermişdi. Silahlı toqquşmalar zamanı onlarla insan həlak olmuşdu.

Oxşar xəbərlər