- 22:10
OpenAI şirkəti çox gözlənilən “ChatGPT-5” süni intellekt modelini avqust ayında təqdim edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Sem Altman məlumat verib.
Onun sözlərinə görə, GPT-5 mövcud modellərlə müqayisədə əhəmiyyətli texnoloji sıçrayış təqdim edəcək.
Hal-hazırda istifadəçilərin əksəriyyəti GPT-4o modelindən yararlanır. Şirkət bu versiyanı “əksər tapşırıqlar üçün adekvat” adlandırsa da, GPT-5 daha irəli imkanlar vəd edir. Yeni model təkcə söhbət vasitəsi deyil, həm də kod yazmaq, məlumat işləmək, şəkil yaratmaq və internetdə araşdırma aparmaq kimi funksiyaları vahid platformada birləşdirəcək.
Altmanın bildirdiyinə görə, GPT-5-in zəkası və sürəti onu əvvəlki modellərdən tam fərqləndirir.
Sızdırılan məlumatlara əsasən, GPT-5 kontekst pəncərəsinin genişlənməsi ilə uzun mətnlərin emalı, hüquqi analizlər və kompleks kodlaşdırma işlərini daha effektiv şəkildə yerinə yetirəcək. Yeni model həmçinin biotəhlükəsizlik sahəsində sınaqdan keçirilib.
Rəsmi texniki detallar hələ açıqlanmasa da, mütəxəssislər GPT-5-in süni intellekt dünyasında yeni bir dövrün başlanğıcı ola biləcəyini bildirirlər.
Şəbnəm Mehdizadə