- 22:10
ABŞ-nin Kaliforniya ştatında kiçik təyyarənin Sakit okeana düşməsi nəticəsində 3 nəfər həlak olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.
Məlumata görə, ikimühərrikli təyyarə San Karlos hava limanından qalxdıqdan sonra Monterey sahillərində okeana düşüb.
Dalğıc qrupu qəzadan sonra axtarış-xilasetmə işləri zamanı 3 nəfərin cəsədini çıxarıb.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəza ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
Şəbnəm Mehdizadə