Həyat yoldaşı ilə dalaşan kişi evini yandırdı


  • 28 İyul 16:40

Türkiyənin Diyarbekir şəhərində həyat yoldaşı ilə dalaşan kişi evini yandırıb.

E-huquq.az türkiyə KİV-ə istinadən xəbər verir ki, Diyarbekirin Yenişehir rayonunda 10 mərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan kişi həyat yoldaşı ilə mübahisədən sonra evdəki əşyaların bir hissəsini yandırıb.

Yanğın nəticəsində mənzildə alovlanma baş verib.

Hadisə yerinə dərhal yanğınsöndürənlər, xilasedicilər və polis qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər alovu vaxtında söndürərək yanğının binanın digər hissələrinə yayılmasının qarşısını alıblar.

Hadisəni törədən şəxs saxlanılıb.

Yanğınla bağlı istintaq başladılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər