- 22:10
Çin hökuməti azalan doğum səviyyələri ilə mübarizə aparmaq üçün yeni sosial proqram həyata keçirməyə hazırlaşır.
E-huquq.az xəbər verir ki, yYeni təşəbbüsə əsasən, ölkədə doğulan hər bir uşağa üç yaşına qədər hər il 500 ABŞ dolları məbləğində nağd vəsait veriləcək.
Proqramın məqsədi iqtisadi yükü azaltmaqla ailələri daha çox uşaq sahibi olmağa təşviq etmək və əhali artımındakı geriləməni dayandırmaqdır. Sözügedən təşəbbüs əvvəlcə seçilmiş bölgələrdə pilot layihə kimi sınaqdan keçiriləcək, daha sonra isə layihənin ölkə miqyasında tətbiq olunması nəzərdə tutulur.
Ekspertlər hesab edirlər ki, bu addım doğum səviyyəsinin yüksəldilməsində mühüm rol oynaya bilər və hökumətin ailə siyasətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Qeyd edək ki, Çində son illərdə doğum göstəriciləri son illərdə sürətlə azalıb.
Şəbnəm Mehdizadə