- 22:10
Türkiyənin Ərzurum şəhərində hərbçiləri daşıyan mikroavtobus aşıb.
E-huquq.az Türkiyə kİV-ə istinadən xəbər verir ki, mikroavtobus İbrahim Hakkı məhəlləsində idarəetmədən çıxaraq aşıb.
Hadisə yerinə yol polisi və tibb işçiləri cəlb olunub.
Qəza nəticəsində sürücü və 12 hərbçi yüngül xəsarətlər alıb.
Yaralılar şəhər xəstəxanalarına çatdırılıb.
Onların həyati təhlükəsinin olmadığı bildirilib.
Şəbnəm Mehdizadə