- 22:10
Türkiyəndə meşə yanğınları ilə əlaqədar təxribat xarakterli paylaşım edən 13 nəfər barəsində cinayət işi başlanılıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir meşə yanğınları ilə bağlı sosial mediada yayılan manipulyasiyaedici və təxribat xarakterli paylaşımlar barədə açıqlama verib.
Yerlikaya qeyd edib ki, sosial media platforması X-də 950.597 hesab araşdırılıb və onlardan 342.215-i bot hesab kimi müəyyən edilib. Nazir əlavə edib ki, bu paylaşımlar meşə yanğınlarının söndürülməsi səylərini gözdən salmaq və dövlət qurumlarını hədəf almaq məqsədi daşıyır.
Şəbnəm Mehdizadə