- 22:10
Türkiyənin Van şəhərində terror təşkilatlarına qarşı aparılan istintaq çərçivəsində 16 nəfər barəsində cinayət işi açılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Polis İdarəsi məlumat yayıb.
Açıqlamada bildirilib ki, terror təşkilatlarının aşkarlanması və fəaliyyətlərinin qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.
Bu çərçivədə 14–27 iyul tarixlərində həyata keçirilən əməliyyatlar zamanı 16 terrorçu saxlanılıb.
Onlardan 15 nəfərin PKK/KCK üzvü olduğu müəyyən edilib
Saxlanılan şəxslərin istintaqı davam edir.
Şəbnəm Mehdizadə