İzmir sahillərində 81 qanunsuz miqrant saxlanılıb


  • 10:09

Türkiyənin İzmir şəhərində 81 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Məlumata görə, İzmirin Dikili sahillərində iki bölgədə rezin qayıqlarda bir qrup qeyri-qanuni miqrantın olduğu müəyyən edildikdən ardından bölgəyə Komandanlığın əməkdaşları göndərilib.

Qruplar hərəkətdə olan rezin qayıqlardakı 81 qeyri-qanuni miqrantı yaxalayıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər