- 22:10
Türkiyənin İstanbul şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Maltəpə rayonunda fəhlələri daşıyan avtobusun sürücüsü idarəetməni itirərək dərəyə aşıb.
Qəza nəticəsində 8 nəfər xəsarət alıb.
Hadisə yerinə yanğınsöndürənlər, polis və tibb işçiləri göndərilib.
Yaralılar nəqliyyat vasitəsindən çıxarılıb və xəstəxanaya çatdırılıb.
Yanğınsöndürənlər ərazidə tədbir görərək avtobusu çıxarmaq üçün işə başlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə