İstanbulda pirotexniki vasitələrin satışı və istifadəsi qadağan edildi


  • 10:22

İstanbulda kəskin istilələrlə əlaqədar olaraq atəşfəşanlıq və digər pirotexniki vasitələrin satışı və istifadəsi qadağan edilib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ölkə ərazisində meşə yanğınlarının artması ilə əlaqədar şəhərdə atəşfəşanlıq, məşəl və digər partlayıcı, tez alışan materialların satışına və istifadəsinə üç ay müddətinə qadağa qoyulub.

Qeyd edək ki, meşə yanğınlarının qarşısını almaq üçün 23 iyun - 15 oktyabr tarixləri arasında İstanbulda meşəlik ərazilərə giriş qadağan edilib.

Qadağaya əməl etməyən sahibkarlıq subyektləri və fiziki şəxslər barəsində müvafiq qaydada cəzalandırılacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər