- 22:10
Çində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 30 nəfər həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə Çin Qlobal Televiziya Şəbəkəsi (CGTN) məlumat yayıb.
Leysan yağışlar paytaxt Pekində davam edir.
Rəsmi məlumatlara görə, güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində Pekinin Miyun rayonunda 28, Yançeng rayonunda isə 2 nəfər həlak olub.
Aramsız yağan leysan magistral yollara ziyan vurub, bəzi ərazilərdə elektrik enerjisi kəsilib.
Şəhərdə daşqınlara qarşı mübarizə tədbirləri gücləndirilib. İtkin düşənlərin axtarış-xilasetmə işləri davam edir. Əraziyə xilasedici qrupları göndərilib.
Bu günə kimi 80 332 nəfər təxliyə edilib.
Şəbnəm Mehdizadə