- 10:26
Xəstə insanları görmək insanın immunitetini aşağı salır.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Nature Neuroscience jurnalında dərc edilən yeni araşdırmada yer alıib.
Tədqiqatda 248 iştirakçıya virtual eynəklərlə virus əlamətləri göstərilən simalar təqdim olunub. Nəticələrə əsasən, bu simalar beynin təhlükə aşkarlama mərkəzlərini aktivləşdirib və hətta qan analizlərində immun hüceyrələrin - anadangəlmə limfoid hüceyrələrin (İLC) aktivləşdiyi aşkarlanıb.
Tədqiqat zamanı istifadə olunan EEG və fMRI cihazları göstərib ki, insan beyni xəstə simaları təhlükə kimi qəbul edir və bu, hipotalamus vasitəsilə bədənin müdafiə sistemini xəbərdar edir. Reaksiyalar yalnız psixoloji deyil, eyni zamanda bioloji səviyyədə də baş verib.
Hamburq Universitetinin alimi doktor Ester Diekhof nəticələri təsdiqləyərək bildirib ki, bu araşdırma, immunitet sisteminin təhdidləri qabaqcadan necə hiss etdiyini sübut edir.
Şəbnəm Mehdizadə