Fransalı alimlər şizofreniyaya qarşı yeni müalicə metodu hazırlayıb


  • 29 İyul 12:15

Fransız tədqiqatçıları lamalardan əldə edilən xüsusi anticisimlərdən istifadə etməklə şizofreniya xəstəliyinin yeni müalicə metodunu hazırlayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, şizofreniya insanın reallıq qavrayışını ciddi şəkildə pozan və bütün dünyada milyonlarla insana təsir edən psixi sağlamlıq pozğunluğudur. Nanobodies adlanan bu kiçik zülallar beyin funksiyasını yaxşılaşdırmağa kömək edir.

Fransız tədqiqatçılarının lamalardan əldə edilən antikorlardan istifadə edərək beynin kimyəvi tarazlığına təsir edə biləcək bir molekul hazırlayıblar. Tədqiqatçılar beyində neyrotransmissiyanı tənzimləyən neyrotransmitteri hədəfə almaq üçün immun sistemini qoruyan xüsusi zülalların kiçik fraqmentləri olan nanobodilərdən istifadə ediblər.

Bu kiçik molekul qan-beyin baryerini keçərək birbaşa beyin hüceyrələrinə çata bildi. Molekulun yeridilmiş siçanlarda koqnitiv pozğunluqlar müşahidə edilib. Təcrübələr bir dəfə inyeksiyadan sonra idrak funksiyalarının yaxşılaşdığını və bu təsirin bir həftə davam etdiyini göstərdi.

Alimlər indi bu araşdırma ilə bağlı klinik sınaqlar hazırlayırlar. Yeni inkişaf etdirilən nanobodilərin bu boşluğu dolduracağı düşünülür. Lamadan əldə edilən antikorların əvvəllər COVID və oxşar viruslarla mübarizədə faydalı olduğu məlumdur. Lamalar, alpakalar və dəvələr unikal immun sistemləri sayəsində elmi araşdırmalarda tez-tez istifadə olunur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, şizofreniya genetik və ətraf mühit faktorlarının birləşməsindən yaranan xəstəlikdir. Adətən 16-30 yaş arasında diaqnoz qoyulur və hər bir fərd üçün fərqli simptomlarla özünü göstərir.

Tədqiqatın aparıldığı Funksional Genomika İnstitutunun yaydığı açıqlamada bu araşdırmanın zamanla təkcə şizofreniya deyil, digər nevroloji xəstəliklər üçün də yeni müalicə üsullarına faydalı ola biləcəyi qeydd edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər