- 10:26
Türkiyədə son iki həftədə 77 FETÖ terrorçusu saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir bildirib ki, hesabat dövründə İstanbul, İzmir və Antalya daxil olmaqla 26 vilayətdə FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 77 şübhəli tutulub. Onlardan 56 nəfəri həbs olunub.
Nazir həmçinin əməliyyatlar zamanı çoxlu sayda təşkilati sənəd və rəqəmsal materialın ələ keçirildiyini bildirib.
Şəbnəm Mehdizadə