Türkiyədə ağciyərinə pişik tükü keçən şəxs vəfat edib


  • 29 İyul 15:13

Türkiyənin Sakarya şəhərində ağciyərinə pişik tükü keçən şəxs vəfat edib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sakaryanın Sapanca rayonunda yaşayan və sahibsiz heyvanlara dəstək olan şəxs 10 gün əvvəl nəfəs darlığı şikayəti ilə xəstəxanaya müraciət edib.

Testlər nəticəsində məlum olub ki, pişik tükləri onun ağciyərlərinə ilişib və infeksiyaya səbəb olub.

Həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər