Xalça fabrikində güclü yanğın baş verib - FOTO


  • 29 İyul 15:18

Türkiyənin Qaziantep şəhərində fabrikdə yanğın hadisəsi baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantepin Oğuzeli rayonunda yerləşən xalça fabrikində naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər, polis və tibb işçiləri göndərilib.

Qruplar 23 maşın və 52 canlı qüvvə ilə təxminən 4 saatlıq işdən sonra yanğını nəzarətə götürüb.

Soyutma işlərinin aparıldığı fabrikə ziyan dəyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər