- 10:26
Türkiyənin Karabük şəhərində iki gün əvvəl başlayan meşə yanğınları davam edir.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, meşə yanğını səbəbiylə Kahyalar kəndi, Kabaoğlu və Çakırlar, Kaleköy və Sarıkonak məhəllələri boşaldılıb. Kənd sakinləri təhülkəsiz ərazilərə təxliyə edilib.
Yanğının söndürülməsi üçün 4helikopter, 174 texnika və 481 canlı qüvvə cəlb edilib.
Hazırda yanğına havadan və qurudan müdaxilə edilir.
Şəbnəm Mehdizadə