- 10:26
Böyük Britaniya alimlərinin fikrincə süni intellekt chatbotları bəzi istifadəçilərdə psixoza səbəb ola bilir.
E-huquq.az xəbər verir ki, bu barədə məlumat Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) həkimlərinin iştirak etdiyi yeni bir araşdırmada yer alır.
Həkimlər deyir ki, ChatGPT bəzən reallığı təhrif edə bilər. Bu da xüsusilə həssas insanlarda ciddi psixi sağlamlıq problemlərinə səbəb olur. Tədqiqatçılar deyir ki, süni intellekt chatbotları reallıq qavrayışını bulandıra, psixozlara səbəb ola bilər və ya mövcud simptomları gücləndirə bilər.
Tədqiqatın müəllifi doktor Tom Pollak psixiatrik xəstəliklərin nadir hallarda qəfil inkişaf etdiyini vurğulayır. Bununla belə, o, süni intellekt chatbotlarının xüsusilə həssas insanlarda bu prosesi artıra biləcəyini söyləyib.
Şəbnəm Mehdizadə