Son 10 ildə qlobal temperatur artımları tarixi səviyyəyə çatıb


  • 29 İyul 16:46

Qlobal iqlim dəyişikliyi son illərdə qlobal temperatur artımlarının tarixi səviyyəyə çatmasına səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyinin (Aİ) peyk monitorinqi sistemi olan Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına görə, 1967-ci ildən bəri qlobal orta səth temperaturu yüksələn tendensiyadadır.

Son illərdə qlobal temperaturun tarixi artımı xüsusilə diqqəti cəlb edir. Səthin temperaturu 1850-1900-cü illərdəki sənayedən əvvəlki orta göstəricidən 1,5 dərəcə yüksək olan 2024-cü il tarixdə ən isti il olub. Qlobal səth temperaturu 2023-cü ildə sənayedən əvvəlki orta göstəricidən 1,4 dərəcə Selsi, 2022-ci ilin orta göstəricisindən isə 1,1 dərəcə yüksək olub.

Səthin temperaturu 1967-ci ildə orta səviyyədən cəmi 0,2 dərəcə yüksək idi. Mütəxəssislər 1,5 dərəcə Selsi həddinin aşılmasının iqlim dəyişikliyi üçün kritik hədd olduğu barədə xəbərdarlıq edərək, temperaturun artmasının ekstremal hava hadisələri, quraqlıq və ekosistem riskləri riskini artırdığını bildirir.

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, 2015-2024-cü illər tarixdə ən isti dövr olub.
Qeyd olunub ki, qlobal istiləşmə nəticəsində yaranan artıq istiliyin təxminən 90 faizi okeanlarda toplandığı üçün okeanların istiliyi iqlim dəyişikliyinin ən kritik göstəricilərindən biri hesab olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər