- 10:26
Ukraynanın müdafiə naziri Denis Şmıqal Almaniyalı həmkarı Boris Pistorius ilə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski isə Bundesverin Baş Müfəttişi, general Karsten Breyer ilə telefon danışığı keçirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlar Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələlərinə həsr olunub.
Şmıqal rus qoşunlarının Ukrayna ərazisinə endirdiyi zərbələr barədə qarşı tərəfi məlumatlandırıb və “Ramşteyn” görüşünün nəticələrinə əsaslanan razılaşmaları müzakirə edib. O, ölkənin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə kritik ehtiyac duyduğunu vurğulayıb və Patriot sistemlərinin tədarükü məsələsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Öz növbəsində Sırski, Breyeri döyüş əməliyyatlarının getdiyi bölgələrdəki cari vəziyyət barədə məlumatlandırıb və Ukrayna Silahlı Qüvvələrinin əsas ehtiyaclarını müzakirə edib. O, Almaniyaya Ukrayna ordusunun zirehli texnika və artilleriya sistemləri ilə təmin olunmasına, inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemlərinin inkişafına və Ukrayna hərbçilərinin hazırlığına verdiyi mühüm dəstəyə görə təşəkkürünü ifadə edib.
Humay Eminqızı