- 10:26
Türkiyənin Çankırı şəhərində 9 milyon illik fil, kərgədan və zürafə qalıqları tapılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çankırının Çorakyerlər ərazisində aparılan qazıntılar zamanı 9 milyon il əvvələ aid fil, kərgədan və zürafə qalıqları üzə çıxarılıb.
Araşdırmalar Ankara Universitetinin Dil, Tarix və Coğrafiya Fakültəsi Antropologiya şöbəsinin müdiri, professor Ayla Sevim Erolun rəhbərliyi altında aparılıb. 15 nəfərlik mütəxəssis qrupu tərəfindən aparılan işlər zamanı 43 müxtəlif növə aid, o cümlədən at, fil, zürafə, qılınc, pişik, siçovul və digər heyvanların fosilləri aşkarlanıb. Ümumilikdə 4 300-dən çox fosil fraqmenti toplanıb.
Qazıntı işləri üzrə müdir müavini, doktor Gülşah Gülər qeyd edib ki, Çorakyerlər Türkiyə üçün olduqca əhəmiyyətli bir paleontoloji sahədir. Tapılan nümunələrin hamısının məməlilərə aid olduğunu vurğulayıb.
“Əvvəlki illərdə fərdi fosillər daha çox aşkarlanırdı. Bu il isə böyük məməlilərin oynaq sümüklərinin tapılması bizi xüsusilə sevindirdi. Qazıntı sahəsində müxtəlif heyvan növlərinə aid oynaq sümükləri aşkarlanıb”, - deyə o əlavə edib.
Şəbnəm Mehdizadə