Almaniyada helikopter qəzaya uğrayıb


  • 29 İyul 17:29

Almaniyanın Saksoniya əyalətinin Qrimma şəhəri yaxınlığında alman ordusuna məxsus helikopter qəzaya uğrayıb.

E-huquq.az Almaniya mətbuatına istinadən xəbər verir ki, qəzaya uğrayan helikopterin hissələri Mulde çayında tapılıb.

Bölgəyə dərhal axtarış-xilasetmə qrupları göndərilib. Qruplar qalıqları çıxarmağa və itkin düşmüş heyətin axtarışına başlayıb.

Hadisə yerindən külli miqdarda yanacaq sızdığı, qalıqların isə çayın ortasında, çətin əldə edilən yerdə olduğu bildirilir.

Qəza yerində hərbi təcrid zonası yaradılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər