Rusiyada 8,8 bal gücündə zəlzələ oldu


  • 30 İyul 09:00

Rusiyanın şərqində, Kamçatka yarımadası sahillərində 8,8 bal gücündə zəlzələ baş verib.

E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, zəlzələdən sonra Kamçatkada hündürlüyü 3-4 metr olan sunami dalğaları görünüb.

18,2 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra Rusiya, Yaponiya, Meksika, ABŞ-ın Alyaska və Havay ştatları, Sakit okean sahilləri və Sakit okean adaları üçün sunami xəbərdarlığı edilib.

İlkin məlumatlara görə, itki yoxdur, bir çox ərazilər boşaldılıb.

Zəlzələ zamanı uşaq bağçasına ziyan dəyib.

Şərqi Yaponiya Dəmir Yolları Kamçatka sahillərində baş verən zəlzələ ilə əlaqədar bəzi xidmətləri dayandırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər