- 30 İyul 23:58
Rusiyanın Kamçatka yarımadası yaxınlığında baş verən 8,8 bal gücündə zəlzələdən sonra Yaponiyada sunami barədə xəbərdarlıq verilib.
E-huquq.az Yaponiyanın dövlət televiziyası NHK-ya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya İdarəsi Kamçatka yaxınlığında baş verən 8,8 bal gücündə zəlzələdən sonra mətbuat konfransı keçirib.
Rəsmilər Yaponiyanın şimalındakı Hokkaydo adasından ölkənin cənub-şərqindəki Vakayama prefekturasına qədər uzanan Sakit okean sahillərində hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı edilib.
Zəlzələlərdən sonra Miyaqi prefekturasının İşinomaki limanında 50 santimetrlik sunami, Tokaçi limanında 40 santimetrlik sunami, Hokkaydonun cənub-şərqindəki Erimo şəhərində isə 30 santimetrlik sunami qeydə alınıb.
Tohoku və Kanto bölgələrində də hündürlüyü 20 ilə 40 santimetr arasında olan dalğalar müşahidə edilib.
Lakin ilkin məlumatlara görə, ciddi dağıntı qeydə alınmayıb.
Əhalinin təxliyəsi tələb edilib və xəbərdarlıq ləğv olunana qədər təhlükəsiz yerdə qalmaq tövsiyə olunub.
Şəbnəm Mehdizadə