- 30 İyul 23:58
Türkiyənin Konya şəhərində 4,3 maqnitudalı zəlzələ baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Konyanın İlgın rayonunda, yerli vaxtla səhər saat 6:40-da, yerin 15,6 kilometr dərinliyində qeydə alınıb.
Daxili işlər naziri Ali Yerlikaya dağıntı və tələfatın olmadığını bildirib.
Şəbnəm Mehdizadə