- 30 İyul 23:58
Rusiyanın Severo-Kurilsk şəhərinin bir hissəsi zəlzələdən sonra su altında qalıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Rusiya Elmlər Akademiyası Geofizika Xidməti Kamçatka Moskva vaxtı ilə səhər saat 3 radələrində Kamçatkada baş verən zəlzələnin 1952-ci ildən bəri bölgədə baş verən ən güclü zəlzələ olduğunu açıqlayıb.
Rusiya Elmlər Akademiyasının rəsmiləri 7,5 bal gücündə zəlzələlərin ən azı bir ay davam edəcəyini proqnozlaşdırırlar.
Kamçatka Sunami Monitorinq və Məsləhət Mərkəzi Severo-Kurilsk bölgəsindəki Paramuşir və Şumşu adalarına dalğanın yaxınlaşdığını açıqlayıb.
Açıqlamada qeyd edilib ki, sunami dalğası Severo-Kurilsk liman şəhərinin və Alaid adlı balıqçılıq müəssisəsinin bir qismi sular altında qalıb. Əhali təxliyə edilib.
Bəyanatda vəziyyətin nəzarət altında olduğu vurğulanıb.
Şəbnəm Mehdizadə