Bursada güclü yanğın baş verib


  • 30 İyul 09:38

Türkiyənin Bursa şəhərində fabrikdə yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursanın İnegöl rayonunda tekstil fabrikinin anbarında naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib.

Parça və boyaq kimyəvi maddələri bölməsində baş verən yanğına yanğınsöndürənlər müdaxilə edib.

Qruplar qısa müddətdə yanğını nəzarətə götürə bilib.

Yanğın zamanı tüstüdən zəhərlənən fəhlə İnegöl Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər