- 30 İyul 23:58
Türkiyənin Muğla şəhərində içməli su kəməri partlayıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Muğlanın Bodrum rayonunda içməli su borusunda baş verən partlayışdan sonra su küçəyə və ərazidəki yaşayış komplekslərinin həyətinə axıb.
Bölgəyə dərhal bələdiyyə işçiləri göndərilib.
Hadisə nəticəsində yol çöküb, infrastruktura ziyan dəyib.
Zədələnmiş yol və boru xəttinin təmir işlərinə başlanılıb. Bölgədə su müvəqqəti olaraq kəsilib.
Şəbnəm Mehdizadə