- 30 İyul 23:58
Rusiyanın Kamçatka bölgəsində fövqəladə vəziyyət elan edilib.
E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bölgənin qubernatoru Valeri Limarenko Fövqəladə Hallar Komissiyası ilə görüş keçirib.
İclasda Limarenkonun göstərişi ilə zəlzələ və sunamidən zərər çəkən Kamçatkanın Severo-Kurilsk şəhərində fövqəladə vəziyyət elan edilib.
Təxminən 2400 əhalisi olan Severo-Kurilskdə itki olmadığı, sakinlərin təhlükəsiz ərazilərə təxliyə edildiyi bildirilib.
Şəbnəm Mehdizadə