- 30 İyul 23:58
Avstraliyada 16 yaşdan kiçik uşaqlar "YouTube" platformasından istifadə edə bilməyəcək.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yeni qqanun qəbul edilib.
Qanuna əsasən, azyaşlıların dekabr ayından etibarən TikTok, Instagram, Facebook, X və Snapchat platformaları ilə yanaşı "YouTube" platformasında hesab açması qadağan ediləcək.
Belə ki, onlar platformada videolara baxa biləcəklər, lakin məzmun yükləyə bilməyəcəklər.
Avstraliyanın baş naziri Entoni Albanese bildirib ki, sosial media uşaqlara sosial ziyan vurur. Albanese bu qadağanın yeganə həll yolu olmadığını, lakin əhəmiyyətli bir fərq yaradacağını söyləyib.
Qadağa onlayn oyunlar, mesajlaşma proqramları, təhsil və sağlamlıq proqramlarına şamil edilməyəcək.
Yeni qanuna əsasən, texnologiya şirkətləri yaş məhdudiyyətlərinə əməl etməsələr, 50 milyon Avstraliya dollarına qədər (təxminən 32,5 milyon ABŞ dolları) cərimələnə bilərlər. Şirkətlərdən azyaşlılara məxsus mövcud hesabları silmək, yeni hesabların açılmasının qarşısını almaq və sistem zəifliklərini aradan qaldırmaq tələb olunacaq.
Qadağanın necə həyata keçiriləcəyi ilə bağlı əlavə təfərrüatların çərşənbə günü federal parlamentə təqdim ediləcəyi gözlənilir.
Şəbnəm Mehdizadə