- 30 İyul 23:58
İngiltərənin Kembric şəhərindəki Fitzvilyam muzeyində saxlanılan “ruh evi” eksponatının üzərində 4000 illik əl izi aşkar edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kembric Universitetinin muzeyində bu payızda açılacaq sərgiyə hazırlaşan tədqiqatçılar gil maketin üzərində insan əlinin izini aşkar ediblər. Həmin “ruh evi” ölən şəxslərin xatirəsinə ithaf olunur və onların məzarına qoyulur.
Eramızdan əvvəl 2055-1650-ci illərə aid olan ruh evinin təfərrüatlı tədqiqi nəticəsində məlum olub ki, ikimərtəbəli binanın çərçivəsi əvvəlcə taxta çubuqlarla tikilib, sonra isə gillə örtülüb.
Muzeyin baş Misirşünası və sərginin kuratoru Helen Strudvik deyib ki, ilk dəfədir ki, belə tam əl izinə rast gəlirnir.
Qədim Misirdən günümüzə çoxlu miqdarda saxsı məmulatı gəlib. Məşhur fironlarla bağlı hekayələr yaxşı məlum olsa da, onların məzarlarında tapılan əşyaları hazırlayan sənətkarların izləri çox vaxt diqqətdən kənarda qalır. Fitzwilliam Muzeyindəki bu kəşf, adı açıqlanmayan sənətkarlardan birinin maddi izini ortaya qoyur.
Şəbnəm Mehdizadə