- 11:03
Portuqaliya və İspaniyada meşə yanğınları ilə mübarizə davam edir.
E-huquq.az El Confidencial qəzetinə istinadən xəbər verir ki, Portuqaliyada təxminən 2700 yanğınsöndürən 29 təyyarənin dəstəyi ilə yanğınları nəzarətə almağa üçün çalışır.
Yanğınlarla əlaqədar bəzi ərazilərdə təxliyəyə göstəriş verilib. Xəsarət alanlar var. 14-ü yanğınsöndürən olmaqla 20 nəfərə tibbi yardım göstərilib. Ən ciddi yanğınlar Arouca, Penafiel, Ponte de Lima, Penamacor və Ponte da Barca bölgələrində baş verib.
Nəzarətə alınan olan bəzi yanğınların yüksək temperatur və güclü külək səbəbindən yenidən alovlandığını bildirilir.
Portuqaliya Meşəçilik İnstitutunun məlumatına görə, yanvar ayından bəri ölkədə 22 min hektardan çox ərazi yanıb.
Bu həftə temperaturun 40 dərəcə Selsiyə çatacağı gözlənilən İspaniyada meşə yanğınları ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Dünən İspaniyanın Avila şəhərinin cənubundakı Kuevas del Valledə baş verən yanğınla bağlı yanğının qarşısını almaq hələlik mümkün olmayıb. 161 əsgər və 59 maşınla yanğınla mübarizə aparır. Caceres bölgəsində bir neçə kənddən təxminən 200 nəfər təxliyə edilib. Ötən gecə Lleyda əyalətinin Fulleda kəndində baş verən meşə yanğını təxminən 13,5 hektar ərazini yandırdıqdan sonra nəzarət altına alınıb.
Şəbnəm Mehdizadə