Yerə yaxınlaşan naməlum obyekt yadplanetlilərin kosmik gəmisi ola bilər


  • 30 İyul 17:14

Alimlər yeni kəşf edilmiş “3I/ATLAS” adlanan sirli göy cismini yaxından izləyirlər.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, NASA obyektin kometa olduğunu müəyyən etsə də, Harvard Universitetinin professoru Avi Loeb bununla razılaşmır. Loebin sözlərinə görə, “3I/ATLAS” adlandırılan obyekt yerdən kənar kəşfiyyatın məhsulu ola bilər. Loeb və komandası qeyd edir ki, cismin keçdiyi yol tipik bir kometanın yolu deyil. 3I/ATLAS Venera, Mars və Yupiterin yaxınlığından keçərək Günəşə doğru hərəkət edərkən qeyri-adi bir yol tutur.

"Bu obyektin ağıllı şəkildə idarə olunduğu görünür. Əgər həqiqətən də bu obyekt yadplanetli kosmik gəmisidirsə, dünya buna hazır olmalıdır" - deyə Loeb bildirib.

Loeb bu cür riskləri ölçmək üçün zəlzələlər üçün istifadə olunan Rixter şkalasına bənzər bir sistem təklif edib.
3I/ATLAS Günəşə ən yaxın məsafəyə 29 oktyabr 2025-ci ildə çatacaq. NASA obyektin Yer üçün heç bir təhlükə yaratmadığını və nisbətən uzaq məsafədə qalacağını bildirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər