- 15:03
ABŞ Hindistana 25 faizlik gömrük rüsumu tətbiq edəcək
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün sosial media hesabında paylaşım edib.
Tramp Hindistanın dost ölkə olmasına baxmayaraq silah idxalının əhəmiyyətli bir hissəsini Rusiyadan təmin etdiyini vurğulayıb.
"Bundan başqa, Hindistan Çinlə birlikdə Rusiyanın enerji qaynaqlarının ən böyük alıcıları arasındadır. Bunların heç biri yaxşı hal deyil. Bu səbəbdən Hindistan avqustun 1-dən etibarən 25% tarif ödəyəcək", - deyə Tramp əlavə edib.
Ağ Ev rəhbəri həmçinin bildirib ki, bu səbəblərə görə Hindistan tarifə əlavə olaraq cərimə də ödəyəcək.
Şəbnəm Mehdizadə